Prezident İlham Əliyev İƏT turizm nazirlərinin 11-ci sessiyasının iştirakçılarına məktub ünvanlayıbbackend

Prezident İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin turizm nazirlərinin 11-ci sessiyasının iştirakçılarına məktub ünvanlayıb.

“Yeni Gündəm” xəbər verir ki, məktubu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsləndirib.

Məktubda deyilib ki, 2021-ci ildə Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına üzv olmasının 30 ili tamam olur.

Məktubda qeyd edilib ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan idi. Eyni zamanda, məktubda bildirilib ki, Azərbaycan hər zaman İƏT-in fəaliyyətini dəstəkləyib, üzv dövlətlər arasında əbədi birliyin möhkəmləndirilməsi yolunda səylər göstərib.