Prezident İlham Əliyev Maldivin yeni seçilmiş dövlət başçısını təbrik edibbackend

Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik ünvanlayıb.

“Yeni Gundem” xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Muizzu,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.