Prezident İlham Əliyev paralimpiyaçı Vəli İsrafilovu qızıl medal qazanması münasibətilə təbrik etdibackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızı medal qazanmış Vəli İsrafilovu təbrik edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə dövlət başçısı tviter səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!”.