Prezident İlham Əliyevin  İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda çıxışıbackend

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir.

Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir. İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Əlaqələrin hüquqi bazasını bundan sonra da inkişaf etdirmək vacib sayıldı. Hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləyir. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulandı.

Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ümidvarıq ki, ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avratlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatlarına üzv olması prosesində İtaliya ölkəmizə dəstəyini əsirgəməyəcək. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.

Qoyulan möhkəm təməlin nəticəsidir ki,Azərbaycan-İtaliya münasibətləri hələ də uğurla davam etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir. Məlum məsələdir ki,2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Azərbaycanla İtaliya arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Azərbaycan üçün Avropanın strateji tərəfdaşı olan ölkələrdən İtaliya Azərbaycanla həm ticarət, həm də ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur. Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür.Bu rəqəm Azərbayan ilə İtaliya arasında iqtisadiyyat, ticarət və ixracat sahəsində əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir.

Sevindirici haldır ki,Cənab Prezident İlham Əliyevin İtaliyaya səfəri ən yüksək səviyyədə keçib və bu səfər zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Prezidenti Sergio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlər zamanı ölkələrimiz arasında siyasi dialoqun inkişafında məmmunluq ifadə olunub və əlaqələrimizin strateji tərəfdaşlıq zəmnində inkişafı vurğulanıb. Səfər zamanı həmçinin İtaliyada Azərbaycan səfirliyinin yeni binası açılıb. Səfər zamanı həmçinin vacib məqamlardan biri Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universiteti arasında akademik əməkdaşlığa dair sazişlərin mübadiləsi mərasimi oldu. Səfər çərçivəsində vacib məqamlardan biri də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı oldu. Dövlət başçısı çıxışında qeyd etdi ki, “iki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.Ümidvarıq ki,Azərbaycan-İtaliya münasibətləri daha da inkişaf edərək uzunömürlü olar.

Mədinə Xubaliyeva

Nəsimi rayon sakini, İctimai Şuranın üzvü