Prezident İlham Əliyevin namizədliyinin Nobel Sülh mükafatına təqdim olunması təklif edilibbackend

“Təklif edirəm ki, Prezident İlham Əliyev Nobel Sülh mükafatına namizəd kimi təqdim edilsin”.

Bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” adlı konfransda deyib.

“Barak Obamaya heç nə etmədən mükafat veriblər. Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik. Bu, Cənab İlham Əliyevin siyasətinin nəticəsi idi”, – o deyib./APA