Prezident Oqtay Şahbazovu vəzifəsindən azad etdibackend

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini vəzifəsindən çıxarıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncama əsasən, Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 80 yaşlı O. Şahbazov 2016-ci ildən indiyə kimi Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, “Əməkdar dövlət qulluqçusu” Fəxri adları və “Şöhrət” ordeni ilə təltif edilib.