Prezident Rusiyaya gedəcəkbackend

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyaya işgüzar səfər edəcək.

“Yeni Gundem” xəbər verir ki,Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.

“MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı gözlənilir, lakin üçtərəfli görüş nəzərdə tutulmayıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti agentliyinə bildirib.

MDB liderləri bazar ertəsi Sankt-Peterburqda dekabrın 26-dan 27-dək keçiriləcək qeyri-rəsmi sammitə toplaşacaqlar.

“Bəli, onların (Əliyev və Paşinyan-red.) iştirakı gözlənilir. Lakin üçtərəfli görüş nəzərdə tutulmayıb”, – Peskov bildirib.

Fərahim Rəhimov