Prezident tapşırıq verdibackend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin əməkdaşlarının Türkiyə Respublikasına yola düşməsi üçün hazırlıq işləri gedir.

“Yeni Gündəm”-in FHN-in saytına istinadən verdiyi məlumata görə, ən qısa zamanda qüvvələr qardaş Türkiyə Respublikasına yola düşəcək.