Prezident Tatardan seçkidə qalib gələn Türkiyə prezidenti Ərdoğana təbrik mesajıbackend

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) prezident Ersin Tatar prezident seçkilərinin ikinci turunda qalib gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

“Yeni Gundem” xəbər verir ki,Prezident Tatar mesajında “Dünya demokratiyasına nümunə olacaq şəkildə, xalqın böyük iştirakı ilə demokratik şəraitdə keçirilən seçkidə xalqın azad iradəsi ilə Türkiyə Respublikasının 13-cü prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Zati-alinizin rəhbərliyi ilə Türkiyə əsrinin Türkiyə dövləti və türk milləti üçün xeyirli uğurlu olmasını diləyir,uğurlarınızın davamlı olmasını arzulayıram, – deyib.