Əlavə dəyər vergisi ödəməkdən (ƏDV) azad edilənlərin əhatə dairəsi genişləndirilib.
“Yeni Gündəm” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, özəl baytarlıq xidmətlərinin göstərilməsi əlavə dəyər vergisindən azad edilib.