Prezident Türk dünyasına hansı mesajları verdi? – AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə sammiti keçirildi. Bu Zirvə bir çox əlamətdar tarixi hadisələrlə türk xalqları tarixinin qızıl səhifələrı olacaqdır. Belə ki, Şimali Kipr Türk Cumhuriyyəti TDT -nə müşahidəçi statusu ilə qəbul edildi. Bu qərar dünyadakı və beynəlxalq təşkilatlarda mövcud olan ikili standartlara bir cavab idi. Belə ki, təxminən on beş il öncə keçirilmiş referendumda BMT-nin Avropa Birliyinə üzvlüklə bağlı planına “bəli” deyən KKTC deyil, əksinə bu plana “yox” deyən Yunan Kıprıs Avropa Birliyinə qəbul edilmişdir.

Bu sözləri Türk dövlətlərinin IX -cu Zirvə toplantısı ilə bağlı “Yeni Gündəm”açıqlamasınsa Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


“Bir daha Avropa strukturlarının riyakarlığını sübut etmiş oldu. Sözsüz ki, bu qərar TDT-yə müşahidəçi kimi Kıprısın qəbul edilməsi onun gələcək inkişafının önünü açdı. TAT-nin bu Zirvəsində əlamətdar hadisələrdən biri də Türkmənistanın TDT-yə üzv qəbul olunması idi. Bununla da bu təşkilatda bugün mövcud olan bütün müstəqil Türk dövlətləri bir ailədə təşkilatlandı. Həqiqətən də bugün iftixarla deyə bilərik ki, TDT ortaq kökə, eyni din, dil, tarix və mədəniyyətə malik qardaş ölkələrin monilit və sarsılmaz birliyinə çevrilmiş oldu. Umumiyyətlə IX Zirvə toplantısında  çıxış edən dövlət başçılarının çıxışları Türk Dünyasının gələcək yol xəritəsinin konturları oldu.“

Millət vəkili Prezidentin Səmərqənd səfərindəndə danışdı:

“Prezidentimizin Özbəkistanın tarixi şəhəri olan Səmərqəndə səfəri çox faydalı oldu. Onun istər tədbirə ev sahibliyi edən Özbəkistan Prezidenti ilə, İstər qardaş Türkiyənin Prezidenti və digər Türk dövlətlərinin dövlət başçıları ilə görüşü həm çoxtərəfli, həm də ikitərəfli görüşlərə böyük töhfədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Zirvədəki tarixi çıxışı hesab edirəm ki, TDT-nın fəaliyyətində yeni mərhələsi üçün yeni çağırışlardır. “

Məlahət İbrahimqızı sonra sözlərinə belə davam etdi .

“Möhtərəm Prezidentimizin qətiyyətlə TDT-nin  təkcə türk dövlətlərində yaşayan həmvətənlərimizlə məhdudlaşmadığını, bu təşkilatın həm də başqa coğrafiyalarda yaşayan soydaşlarımızın taleyi ilə də məsuliyyət daşıdığını və yeni çağırışların prioritet  olduğunu vurğulaması könül coğrafiyamızda böyük rezonans doğurubdur. Öz ölkələrindən uzaqda yaşayansoydaşlarımızın, xüsusilə də gənc nəslin öz kökündən, dil və dinindən uzaqlaşmasından narahatçılığını bildirən cənab Prezident çıxışında onların ana dilini öyrənməsi, təhsil alması məsələsinin TDT-nin daimi gündəliyinə daxil edilməsini günün aktual problemi hesab etdi. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin bu çıxışını uzun illər İranda yaşayan qırx milyona yaxın soydaşlarımıza qarşı olan haqsızlıq və ədalətsizliyə olan etiraz kimi qəbul etmək olar.

O çıxışında islamafobiya və türkofobiyanı erməni siyasətinin təməli adlandırıdı. Möhtərəm Prezidentimiz çıxışında təcavüzkar ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi davamlı təxribatdan, Qarabağın dirçəlişi, Böyük Qayıdış haqqında da Zievə iştirakçılarına ətraflı məlumat verdi. Çıxışında Qarabağ Zəfərindən sonra üç dəfə Türkiyə Prezidentinin Azərbaycana səfərini minnətdarlıqla qeyd edən Möhtərəm cənab İlham Əliyev TDT-nə üzv olan digər qardaş dövlətlərin rəhbərlərini Azərbaycana dəvət etdi. Bir daha qeyd etmək istərdim ki, həm TDT-nin sonuncu 9-cu tarixi Zirvə, qəbul edilən sənədlər və qardaş türk dövlətlərinin başçılarının çıxışları Böyük Türk Millətinin gələcəyinə işıq saçan bir mayakdır.”