Prezident Valeh Ələsgərovu yeni vəzifəyə təyin etdibackend

Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Prezident həmçinin “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən qanuna 32-ci maddə əlavə edilib. Həmin maddədə aşağıdakılar qeyd edilib:

“Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir”.

Qeyd edək ki, millət vəkili Valeh Ələsgərov 005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavinidir.

2005-ci il noyabrın 6-da 102 saylı Samux-Şəmkir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədridir. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəridir.