“Prezident və Birinci vitse-prezidentin təşəbbüsü ilə verilən əfv və amnistiya aktları ənənə halına alıb” – Aynur Sabitovabackend

“Azərbaycanda insan hüquqlarının qorunmasında və cəza icra siyasətinin humanistləşməsinə daim önəm verən cənab Prezident İlham Əliyev ötən gün növbəti humanist addım ataraq, bizim milli həmrəyliyimizin bariz nümunəsi olan Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalayıb”.

“Yeni Gündəm” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, əfv sərəncamı 625 məhkuma şamil olunub: “Biz ictimaiyyət və ədliyyə nazirliyinin nümayəndələri həmin əfv sərəncamının icrasında iştirak etdik. Sərəncamın icrası artıq başa çatıb. Qeyd etmək istəyirəm ki, biz Novruz bayramı ərəfəsində on minlərlə insanın sevincinə şahid olduq. Bizim ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əfv və amnistiya aktların imzalanması və icrası bir ənənə halına çevrilib”.

İdarə rəisi qeyd edib ki, 2017-ci ilin 10 fevral tarixində cəza siyasətinin ölkəmizdə humanistləşməsinə dair Prezidentin fərmanı olub: “Həmin fərmanla Cinayət Məcəlləsində bəzi dəyişiklik olub. On minlərlə insana dair təqdimat məhkəmələrdə baxılıb. Bəziləri cəzanın qalan hissəsindən tam azad olunub, digər şəxslərin əməlləri tövsif edilərək yenidən onlara cəza təyin olunub. Həmçinin qeyd etmək istəyirəm ki, o vaxtdan bizdə Probasiya Xidməti yaranıb. Həmin xidmətdə də məhkumların bir hissəsinin azadlıqdan məhrumetmə cəzasının alternativi olaraq cəzaların icrası həyata keçirilir. Həmçinin bu gün Probasiya Xidmətində də azadlığa qovuşanlar var. Biz də öz növbəmizdə xalqımız adından möhtərəm cənab Prezidentə bayram ərəfəsində bu sevinci yaşatdığına görə minnətdarlığımızı bildiririk”.