Prezident Zakir Fərəcovla bağlı sərəncam imzaladıbackend

Prezident İlham Əliyev Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında sərəncam imzalayıb.

“Yeni Gundem”in məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.