Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Azərpaşa Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərpaşa Zəfər oğlu Nemətov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri A. Nemətovun 75 yaşı tamam olur.