Prezidentdən həmkarlarına təbrikbackend

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsa məktub ünvanlayıb. 

“Yeni Gündem” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Federal Kansler,

Avstriya Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasındakı dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

***
Dövlət başçısı Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti Zoran Milanoviçi də təbrik edib: 

“Hörmətli cənab Milanoviç,

Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Xorvatiya arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.