Prezidentdən kadr təyinatıbackend

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, sərəncamda deyilir:

“Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.