Prezidentdən Samir Şərifovla bağlı SƏRƏNCAMbackend

Prezident İlham Əliyev Samir Rauf oğlu Şərifovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, S. Şərifov Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.