Prezidentimizin ilk Şəhidin olduğu yerə çiçək qoyması şəhidlərimizə olan böyük ehtiramdır – Məlahət İbrahimqızıbackend

Möhtərəm Prezidentimizin Qaraxanbəyli kəndində ilk şəhidin olduğu yerə çiçək qoyması ərazi bütövlüyümüz və torpaqlarımızın işğaldan olunması yolunda həyatından keçmiş bütün şəhidlərimizə olan böyük ehtiramdır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

“Bildiyimiz kimi, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən  sonra ölkəmizin eləcə də bölgənin tarixində yeni mərhələ başladı. Ölkəmiz üçün xalqımızın tarixinin qızıl hərflərlə  yazılacaq bu səhifələr Qarabağın dirçəlişi və böyük qayıdış adlanacaqdır. Bu mənada necə ki, müharibə vaxtı hər kəs Ali Baş Kamandanın dilindən cəbhədən müjdəli xəbərlər gözləyirdi, müharibə bitdikdən sonra da ölkə ictimaiyyəti Prezident İlham Əliyevin dilindən Qarabağda görülən möhtəşəm quruculuq işləri eləcə də, bölgənin gələcək ictimai, siyasi həyatı haqqında məlumatlar, mesajlar eşitmək istəyir. Bu səbəbdən də Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab  İlham Əliyevlə və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olmuş ərazilərə səfərlərini səbirsizliklə gözləyir. Bugünlərdə dövlətimizin Ali rəhbərləri olan bu gözəl cütlüyün səfəri yenə də hər kəsin məmnuniyyətlə izlədiyi səfər idi. Məhz 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi həm də rəmzi məna daşıyır.

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Anım günündə Füzuli rayonuna etdiyi səfərdəndə danışdı:

Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsinə olan böyük ehtiramın nümunəsidir. Bildiyimiz kimi Qaraxanbəyli kəndi Vətən müharibəsinin ilk günündə işğaldan azad olunub və 44 günlük Vətən müharibəsi zamanı da biz ilk şəhidlərimizi bu ərazidə vermişik. Bu səbəbdən də  möhtərəm Prezidentimizin Qaraxanbəyli kəndinə səfəri ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirilir. Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxışı zamanı qeyd etdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi. Qəhrəman döyüşçülərimizin rəşadəti sayəsində işğaldan azad edilmiş ərazilərdə bu gün quruculuq işləri həyata keçirilir. Sözsüz ki, hər kəs çox gözəl bilirdi ki,  bu ilk uğur və düşmən üzərindəki bu qələbə böyük Zəfərin müjdəsindən xəbər verirdi. Minnətdarlıqla deməliyik ki, möhtərəm Prezident çıxışında hərbçilərin qəhrəmanlığını xüsusi vurğuladı: “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur”.”

Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Qaraxanbəyli kəndində etdiyi çıxışından bəzi məqamlarıda qeyd etdi “

“Cənab Prezident çıxışında bir daha təcavüzkar Ermənistana və onun havadarlarına çox ciddi və açıq mesajlar verdi: “Bu da ondan ibarətdir ki, bir daha düşmənin baş qaldırmasına, bizim üçün təhdid yaratmasına imkan verilməyəcək. Əgər belə hal yaranarsa Azərbaycan lazımı cavab verəcək. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın qarantıdır. 12-13 sentyabrda Ermənistan tərəfindən törədilən hərbi təxribatın qarşısının layiqincə alınması buna sübutdur”. Ümumiyyətlə xüsusi qeyd etməliyik ki, möhtərəm Prezidentimizin hər səfərində həm ölkə ictimaiyyətinə, həm bölgə və həm də bölgədə maraqları olan qüvvələrə göndərmiş olduğu mesajlar təkcə Azərbaycan mətbuatının deyil həm də beynəlxalq mətbuatda  da ciddi müzakirə edilir. Sözsüz ki. Müzəffər Ali Baş Kamandanın Qarabağın müxtəlif bölgələrinə səfərləri zamanı onun iştirakı ilə keçirilən çoxsaylı və çox əhəmiyyətli layihələrin təməlqoyma və açılış mərasimləri də  bir daha dövlətimizin artan gücünü və nüfuzunu göstərir deyə Məlahət İbrahimqızı qeyd etdi.”