Prezidentin İtaliyaya işğüzar səfəri dövlətimizin diplomatik ən böyük uğurlarındandır – Məlahət İbrahimqızıbackend

Məlumdur ki, bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev İtaliyada çox önəmli işgüzar səfərdə olubdur. Səfər hədsiz dərəcədə əhəmiyyətli və zəngin proqrama malik idi. Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin bu səfərinin və onun proqramının əhəmiyyəti haqqında İtaliyanın ən nüfuzlu mətbuat səhifələrində, eləcə də televiziya kanallarının müxtəlif verilişlərində müzakirə edilib.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Qürurverici haldır ki, İtaliya KİV-lərində hətta Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən öncə də səfərin əhəmiyyətinə və proqram üzrə keçiriləcək görüşlərə geniş yer verilmişdi. Azərbaycan-İtaliya arasındakı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilərək genişləndirilməsinin hər iki ölkə üçün böyük əhəmiyyətə malik olduğu İtaliya mətbuatının əsas manşetləri olmuşdur.
Səfərin ilk günündə Prezident İlham Əliyev Azərbaycan Respublikasının İtaliyadakı səfirliyinin binasının açılışında iştirakı edib. Mətbuatda da verildiyi kimi, Romanın ən qədim səmtlərindən birində yerləşən Səfirliyin binasında eyni zamanda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərəcəkdir. Möhtərəm cənab Prezident yeni açılmış Səfirliyin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına dair sənədlər də imzalanma mərasimində də iştirak edibdir. Qeyd etmək lazımdır ki, bu əlamətdar hadisə həm də Azərbaycan təhsilinin ən böyük uğurlardan biri adlandırmaq olar. Bildiyimiz kimi bu ilin aprelindı Bakıda artıq İtaliya-Azərbaycan Universitetinin binasının təməlqoyma mərasimi keçirilibdir.
Bu tədbirdə isə İtaliya-Azərbaycan Universitetləri üzrə əməkdaşlıq çərçivəsində Azərbaycanın ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlər mübadilə edilibdir.

Möhtərəm Prezident cənab İlham Əliyev çıxışında İtaliya-Azərbaycan Universitetinin öz fəaliyyəti ilə bu Universitetin həm də taliya-Azərbaycan dostluğu mərkəzi olacağına əminliyini bildiribdir. O, iki ölkənin ali təhsil müəssisələri arasında sənədlərin mübadiləsi mərasiminin Romanın tarixi məhəlləsində yerləşən səfirliyin yeni binasında keçirilməsini İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi adlandırmış və iki ölkənin təhsil sahəsində genişmiqyaslı əməkdaşlığa başlandığını qeyd edibdir.

Möhtərəm cənab Prezident Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılması həm də iki ölkənin dostluq əlaqələrinin inkişafına mühüm töhfə adlandırdı. O, İki ölkənin əlaqələrinin enerji və ticarət sahələri ilə məhdudlaşmadığını bildirən Azərbaycan Prezidenti ADA Universiteti və İtaliyanın beş universiteti əməkdaşlığı başladığını, İtaliya-Azərbaycan Universitetinin binası inşa edildiyini və 2024-cü ilin sonunadək hazır olacağını deyib.

Dövlət Başçısı səfərin əhəmiyyətini dəyərləndirərək çıxışında İki ölkə arasında çox güclü siyasi-iqtisadi əlaqələr qurulduğunu, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu və ötən il qarşılıqlı ticarət dövriyyəsinin 9,6 milyard, cari ilin yeddi ayında isə 11 milyard dollara çatdığını bildirmişdir. Sözsüz ki, Prezidentimiz möhtərəm cənab İlham Əliyevin İtaliyanın Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə keçirilən səmimi görüşləri bu işğüzar səfərin əhəmiyyətini göstərir. Bu görüşlərdə hər İki ölkənin rəhbərləri tərəfindən diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi ərəfədə Azərbaycan-İtaliya arasında genişlənəm çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq bildirilibdir.
Möhtərəm cənab İlham Əliyevin Prezidentimizin bütün görüşləri haqqında ətraflı məlumatlat İtaliyanın aparıcı mətbuatında Azərbaycan Prezidentinin İtaliyaya səfərinin əhəmiyyəti təhlil olunmuş və bu səfərin strateji tərəfdaşlığın bundan sonra da daha da gücləndirilməsinə xidmət edəcəyi bildirilibdir.
Səfər çərçivəsində keçirilmiş ən önəmli tədbirlərdən biri də cənab Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı iştirakı və hər bir azərbaycanlının qürurla dinlədiyi mükəmməl çıxışıdır. Fəxrlə demək lazımdır ki, möhtərəm Prezidentimiz bu təqdimatı ilə Azərbaycanın təkcə bölgə üçün deyil Avropa məkanı, eləcə də beynəlxalq məkan üçün nə qədər önəmli olduğunu gerçək faktlarla əsaslandırdı. O,Azərbaycanın istər enerji sahəsində, istərsə də beynəlxalq nəqliyyat-loqistik layihələrin müəllifi kimi Azərbaycanın əvəzedilməz tərəfdaş olduğunu bildirməklə “…sözümüz imzamız kimi güclü və etibarlıdır…” deyərək Azərbaycanın beynəlxalq əməkdaşlıqda hər zaman etibarlı tərəfdaş olduğunu vurğuladı.

Onun ən yüksək səviyyədə ingiliscə Avropanın enerji təhlükəsizliyində rolu və yeri, mövcud problemlər və gələcək perspektivlərə həsr edilmiş təqdimatı nəinki auditoriyanı hətta sosial şəbəkədən bu konfransı izləyənlərin böyük diqqətinə və məmnunluğuna səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Onun bu təqdimatı və yerli KİV-lərə verdiyi açıqlamaları İtaliyada fəaliyyət göstərən demək olar ki, bütün mətbuat səhifələrində onlarla məqalə, məlumat və videoreportajda yayımlanıbdır.
dərc olunubdur.
“il Sole 24 Ore” qəzeti isə İtaliya-Azərbaycan Universiteti ilə bağlı geniş məqalə dərc edib. Məqalədə Prezident İlham Əliyevin fikirlərinə xüsusi yer ayrılıb.
O bugün Avropanın enerji təminatı və təchizatında, eləcə də alternativ nəqliyyat daşımaçılığında BTC, BTƏ, BTQ, TANAP və TAP kimi layihələrin əhəmiyyətini bir daha qeyd etdi. Sözsüz ki, bugün dünyada baş verən mürəkkəb geosiyasi proseslər fonunda bu layihələrin mövcudluğu Azərbaycan xalqının əbədiyaşar Lideri, Ulu Öndərimiz Heydər Əliyevin, və Müzəffər Ali Baş Kamandanın uzaqgörən və müdrik siyasətinin məhsuludur.

Möhtərəm Prezidentimizin İtaliya səfəri bu ölkənin nüfuzlu mediyasının diqqət mərkəzində olmuşdur. Elə bu diqqətin nəticəsidir ki,
Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakına və beynəlxalq tədbirin plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusundakı təqdimatında səsləndirdiyi fikirlər mətbuatda manşet kimi yayımlanıbdır.
Məlumatlarda Prezident İlham Əliyevin İtaliya ilə Azərbaycanın olduqca fəal siyasi dialoq qurduğunu, iqtisadi, enerji və təhsil sahəsində əlaqələrin inkişafınında rolu qeyd edilibdir.
Möhtərəm Prezidentimizin təqdimatında Avropa ictimaiyyətinin, xüsusilə də İtaliya ictimaiyyətinin diqqətini çəkən məqamlardan biri də onun bir il yarım öncə istifadəyə verilən Trans-Adriatik (TAP) boru kəməri ilə Avropaya nəql edilən Azərbaycan qazı ilə bağlı fikirləri olmuşdur. Prezidentin təqdimatında 13,5 milyard kubmetr təbii qaz nəql edildiyi, bu həcmin 11,7 milyard kubmetri İtaliyanın payına düşdüyü və cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəqlinin planlaşdırıldığı qeyd olunub.

Bildiyimiz kimi Prezident İlham Əliyev səfər çərçivəsində İtaliyanın ən nüfuzlu mətbuat orqanlarından olan “il Sole 24 Ore” qəzetinə geniş müsahibə verib. Müsahibə qəzetin həm çap versiyasında, həm də internet səhifəsində dərc olunub. Prezidentimiz müsahibəsində ölkəmizin təsdiq edilmiş təbii qaz ehtiyatlarının həcminin 2,6 trilyon kubmetr təşkil etdiyini, Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılmasının nəzərdə tutulduğunu, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələrin imzalandığını, qitənin digər ölkələrinə qaz nəqlinin qiymətləndirildiyini bildirib. Dövlətimizin Başçısı müsahibəsində İtaliyanın Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacağına əminliyini bildirib. O İtaliyanın Azərbaycana yaxın tərəfdaş kimi bu ölkə şirkətlərinin işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyətini qeyd edərək iki ölkənin münasibətlərinin çox yaxınlığının təzahürü adlandırıbdır. Prezidentimiz konfrasda ölkəmizimizin enerji strategiyasında gələcək perspektivi haqqında danışarkən Azərbaycanda bərpaolunan enerji-külək, günəş və su elektrik stansiyalarının qurulmasında İtaliya şirkətinləri üçün də əlverişli iimkan olduğunu bildiribdir.
Prezident cənab İlham Əliyev çıxışlarında İtaliyanın Azərbaycanda yaxşı təmsil olunduğunu da vurğulayıb.
Möhtərəm cənab Prezidentimiz İtaliyada gerçəkləşən işğüzar səfərinin yekunları ilə bağlı İtaliyanın nüfuzlu “il Giornale” qəzetinə geniş müsahibə veribdir. İtaliya mətbuatı bu müsahibəni analitik məqalə adlansırıbdır. Əslində bu müsahibə Möhtərəm cənab İlham Əliyev səfər çərçivəsində iştirak etdiyi tədbirlərdə söylədiyi çıxışlarda səsləndirdiyi fikirlərin, keçirdiyi görüşlərin xülasəsi də adlandırmaq olar. Bir sözlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin İtaliyaya işğüzar səfəri tarixi bir səfər olmaqla hədsiz səmərəli və faydalı səfərlərdən biri kimi dövlətimizin diplomatik ən böyük uğurlarındandır.