Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edildibackend

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

“Yeni Gundem” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət qulluğu haqqında” qanununa dəyişikliyi təsdiqləyib.

Bundan başqa, səlahiyyətli nümayəndənin müavinlərinin inzibati vəzifələrin ikinci təsnifatına, eləcə də nümayəndəlikdə mütəxəssislərin vəzifələri isə inzibati vəzifələrin üçüncü təsnifatına daxil edilib.