Prezidentin qətlini bu ölkə təşkil edib – ŞOK İDDİAbackend

Haiti prezidenti Jovenel Moizin qətlə yetirilməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, iddialara görə, hadisəni törədən silahlılar özlərini ABŞ agenti kimi təqdim edib. Bildirilir ki, şahidlər tərəfindən lentə alınan görüntülərdə ABŞ ləhcəsi ilə danışan silahlının, səsgücləndirici ilə “DEA əməliyyatı. Hər kəs geri çəkilsin. Geri çəkilin” deyə xəbərdarlıq etdiyi eşidilir.

Hökumətdəki mənbə “Miami Heral” qəzetinə açıqlamasında bildirib ki, silahlılar muzdlular olub.