“Prezidentin sözləri əslində Qərbi Azərbaycana  qayıdışımızın yol xəritəsi idi” – Hikmət Babaoğlubackend

Azərbaycan Prezidenti İlham Əliyevin öz ad günün xalqımız üçün prioritet olan problemlərin həlli ilə bağlı görüşlərdə keçirməsi artıq bir ənənə halını alıb .Əgər son iki ilə qədər belə görüşlər ən ağrılı problemimiz olan məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması ilə bağlı  təşkil olunana tədbirlərdə keçirilirdisə tarixi zəfərimizdən sonra bu problem artıq aradan qaldırıldı . İllərlə həsrətlə gözlədiyimiz  böyük qayıdış tarixi hadisəsi rellığa çevirildi .Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir.

Bu sözləri Yeni Gundem”açıqlamasında Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, Dekabr ayının 24 də Müzəffər Ali Baş komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və proqram xarakteril olmaqla əslində Qərbi Azərbaycana  qayıdışımızın yol xəritəsi idi.

“Bu kontekstə prezident İlham Əliyev ilk növbədə haqlı   tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən öncə tarixi yaddaşımızla əlaqələndirdi. Doğurdan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun düzgün əsaslarda yeni nəsilə ötürülməsi birinci Qarabağ savaşından sonra  dünyaya gələn qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentin qeyd etdiyi kimi bu gün Zəngialan, Ağalıya o tormaqlarımızı görməmiş yeni nəsilin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır. Ona görə də əgər illər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmaları ilə bağlı ümummilli arzularımız necə bu gün reallığa çevrildisə çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çeviriləcək.Çünki bunu təmin edəcək qüdrətli liderimiz, müzəffər sərkərdəmiz və güclü ordumuz var. Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu binada yerləşən Şuşa icra hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar .Şübhəsiz ki, bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərfindən ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara  qayımağımız üçün hüquqi- informativ mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında  məhz bu məsələləri vəzifə kimi qoyaraq  onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsalandırdı. Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də vacib olduğunu bildirdi. Azərbayacan prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli hədəflərimizə çatdığımız kimi  bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan torpaqlarımıza qayıtmalıyıq.”

Fərahim RƏHİMOV