Prezidentin təltif etdiyi polkovnikə yüksək vəzifə verildibackend

Naxçıvanda Xüsusi Təyinatlı Qüvvələrinə yeni komandir təyin olunub.

Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev polkovnik Haqverdi Dadaşovu Xüsusi Təyinatlı Qüvvələrin komandiri təyin edib.

Qeyd edək ki, H. Dadaşov bu gün Prezident İlham Əliyevin sərəncamı ilə “Zəfər” ordeni ilə təltif olunub. O, Şuşa şəhərinin işğaldan azad edilməsində böyük qəhrəmanlıq göstərib.

Bəli, ədalət – haqlıya haqqını vermək, haqsıza da həddini göstərməkdir…

Çox şadam ki, zabit şərəfinin və zabit qürurunun nə olduğunu ən yaxşı şəkildə bilən və döyüş meydanında da bunu dəfələrlə sübut edən dostlarımızdan biri – Polkovnik Haqverdi Dadaşovla bağlı eyni gündə iki şad xəbəri aldıq: bizə Günnütdən Şuşayadək yalnız zəfər bəxş edən bu igidimizi Prezident də “Zəfər” ordeniylə təltif etdi; Əlahiddə Ümumqoşun Ordusunun Komandanı general-polkovnik Kərəm Mustafayev isə onu Naxçıvandakı bütün Xüsusi Təyinatlı Qüvvələrimizin komandiri təyin etdi!

Əminəm ki, polkovnik Haqverdi Dadaşov bundan sonra Azərbaycanımız üçün özü kimi vətənpərvər, məsuliyyətli, cəsur, yüksək hərbi intizama və hazırlığa malik peşəkar döyüşçülər yetişdirməkdə zəngin təcrübəsini, bilik və bacarıqlarını əsirgəməyəcək!

Ona da əminəm ki, XTQ-nin komandanı general-leytenant Hikmət Mirzəyev, eləcə də Haqverdi Dadaşov kimi gerçək komandirlərimizin mükafatlandırılmasına indi hamıdan çox sevinən həm də onların Şəhid döyüşçülərinin ruhlarıdır!

Təbriklər və uğurlar! Yaşasın bütöv və  qüdrətli Azərbaycan!

Elxan Şükürlü

Strateq.az saytının baş redaktoru