Prezidentlə xanımı yeni parkın açılışında – Fotolarbackend

Fevralın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

“Yeni Gündəm” xəbər verir ki, dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı.

Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.

image-p3 image-p4 image-p6 image-p2-1 image-p4