Proaktiv xidmətlərin istifadəyə verilməsi vətəndaş məmnunluğuna təminat yaradırbackend

Son illər ölkəmizdə dövlət xidmətləri sahəsində elektron texnologiyaların geniş tətbiqi ilə əlaqədar Prezident İlham Əliyevin müvafiq tapşırıqları əsasında sosial sahədə də bir çox işlər görülüb.

“Sosial xidmətlər haqqında qanun” qəbul olunub, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində idarəçiliyin və əhaliyə xidmətlərin elektron infrastrukturunun qurulması, bu sahələrdə innovativ yeniliklər olaraq proaktiv xidmətlərin yaradılması və dairəsinin getdikcə genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu islahatlar isə birbaşa vətəndaşların rifah və yaşayış halının yaxşılaşdırılması, iqtisadi və hüquqi mexanizmin modernləşdirilməsi əsasında sosial xidmətləri ehtiyacı olan vətəndaşlar üçün kifayət qədər keyfiyyətli və əlçatan səviyyəyə çatdırmaq məqsədilə həyata keçirilir. Burada məqsəd eyni zamanda ölkənin sosial xidmət sistemini beynəlxalq norma və standartlara uyğun olaraq təkmilləşdirmək və sosial xidmətlərin göstərilməsinin ünvanlılığını təmin etməkdən ibarətdir.
​Məlum olduğu kimi vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması sahəsində mühüm rol oynayır. Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı “E-sosial” portalı da geniş fuksional imkanlara malik olmaqla, pandemiya dövründə sosial dəstək tədbirlərinin təşkilində mühüm rol oynadı. Portal birdəfəlik ödəmə ilə bağlı yüz minlərlə müraciətin müxtəlif dövlət orqanlarına məxsus elektron informasiya bazalarından inteqrasiya şəraitində emalını, təhlil və qiymətləndirilməsini təmin etdi. Beləliklə, geniş həcmli bir işin qısa müddətdə yerinə yetirilməsini, proqramın heç bir məmur-vətəndaş təması olmadan, şəffaf şəkildə icrasına imkan verdi. Bununla yanaşı Android və İOS əməliyyat sistemi üçün tətbiqləri də fəaliyyət göstərən portal istifadəçilərinə onlar barədə toplanmış sosial məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən yaranmış hüquqları müqabilində yararlanmaq imkanı verir.
​Elektron xidmətlərin səmərəliliyindən bəhs etmişkən “Məşğulluq” altsistemini də mütləq qeyd etməliyik. “Məşğulluq” altsistemi dövlət məşğulluq xidmətlərinin çevikliyini və əmək bazarı iştirakçıları üçün real vaxt rejimində əlçatanlığını, effektivliyini, əmək bazarında rolunun artırılmasının təmin edilməsində mühüm rol oynamaqla, bütün işsiz və işaxtaran vətəndaşlar və vakansiyalar barədə məlumatları özündə əhatə edərək işsiz və işaxataran vətəndaşlara qısa müddətdə iş yeri əldə etmək, işəgötürənlərə isə lazımi peşə və ixtisaslara malik işçi qüvvəsi ilə təmin olunmaq imkanı verir.
​Prezident İlham Əliyevin tapşırığı ilə 2019-cu ilin əvvəlindən Azərbaycanda ilk dəfə olaraq proaktiv xidmətlərə keçidlə əlaqədar 01 yanvar 2020-ci ildən yaşa görə pensiyaların, bir neçə ay sonra əlilliyə görə pensiyaların elektron təyinat sisteminin işə salınması, sonralar isə müavinət və təqaüdlərin elektron təyinatı, sosial sığorta üzrə də yeni-yeni proaktiv xidmətlərin istifadəyə verilməsi sosial sahədə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəlməsinə, vətəndaş məmnunluğuna təminat yaradır

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı