Progress-2016” MTK-dan şikayət olundu: ağaclar dibindən çıxarılıbbackend
Nazirlik ərazidəki ağacların aşma təhlükəsində olduğunu müəyyənləşdirib
Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında “Progress-2016” MTK tərəfindən hündürmərtəbəli binanın tikintisi aparılarkən ağaclar dibindən çıxarılıb.
Bununla bağlı mediaya yaxınlıqda yaşayanlar məlumat veriblər.
Qeyd edilib ki, ağacları dibindən çıxarmaqla izi itirməyə çalışıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təsdiqləyib.
Nazirlikdən bildiriblər ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin  əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında “Progress-2016” MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu  müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub.
“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq”, – nazirliyin məlumatında deyilir.(Meydan.TV)