Prokurorluq Bakıda quyuda iki uşağın meyitinin aşkarlanması hadisəsi ilə bağlı məlumat yaydıbackend

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda iki nəfər azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan “Yeni Gundem”-ə verilən məlumata görə, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir.