“Proseslərin belə davam etməsi müharibənin uzun çəkəcəyi haqqında fikir yürütməyimizə imkan verir”backend

Rusiya və Ukrayna Azərbaycana dost ölkələrdir. Bizim istəyimiz dost ölkələrimiz arasında və ümumən dünyada ədalətin qalib olması, sülh və əminamanlıqın təmin olumasıdır. Bu iki ölkə arasında davam edən müharibə dünyanın siyasi-iqtisadi mühütündə yeni bir gündəm yaratmışdır. Rusiya müharibənin davam etdirilməsi üçün artıq  qismən səfərbərlik də elan etdi. Proseslərin belə davam etməsi müharibənin uzun çəkəcəyi haqqında fikir yürütməyimizə imkan verir.

Bu sözləriYeni Gundem”– ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Millət vəkili Rusiya-Ukrayna savaşının danışıqlar yolu ilə həll edilməsini ən doğru addım kimi hesab edir.

“Hər iki ölkə ilə yaxşı münasibətləri olan və müharibənin ağır təsirlərini yaşamış bir ölkə kimi bizim istəyimiz və təklifimiz müharibənin dayandırılması və mübahisəli məsələləri danışıqlar masası arxasında davam etdirilərək həll olunmasıdır. Əks halda müharibə davam etdikcə hər iki ölkənin gənc nəsili həlak olur və iqtisadiyyatı məhv olunur. Ona görə də mübahisəli məsələlərin həllini hərb yolu ilə yox, danışıqlar yolu ilə h olmalıdır.  Bunun üçün hələ də kifayət qədər potensial var. Ona görə də dövlət rəhbərləri hərbi münaqişəni genişləndirilməsinə qərar verməyin əvəzinə danışıqlara üstünlük verilsə daha doğru qərar  olacğını hesab edirəm.”

Fərahim RƏHİMOV

Yenigundem.az