Prospektlərdə sürət həddi endirildi – Diqqətbackend

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar avtomagistrallarda sürət həddi aşağı endirilib.

BNA-dan “Yenigundem”e daxil olan məlumata görə, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi – Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.