Psixoloqdan ŞOK AÇIQLAMA: “Kişilər evliliyin üçüncü günü xəyanət edirlər, qadınlar isə…backend

“Xəyanətə ən çox meyilli olan tərəf kişilərdir. Qadınlar monoqam, kişilərsə poliqamdır. Kişi daim həyəcan axtarışında olur. Kişi sevə-sevə də xəyanət edə bilər. Çünki, kişilərdə ehtiras daha güclüdür”.

“Yeni Gündəm” xəbər verir ki, bunu “Bizim.Media”ya tanınmış psixoloq Gülnar Orucova deyib.

O deyib ki, bəzən kişilər evliliyin üçüncü günü xanımına xəyanət edir. Qadınlar isə ən azı 8-9 il ərinə sadiq qalırlar:

“Yalnız bu müddətdən sonra bir çox qadınlar anlayır ki, gözlədiyi “ağ atlı oğlan” qarşısındakı kişi deyilmiş. Və hər şeyin gec olduğunu anlayan qadın xəyanətə gedir.

Mən düşünmürəm ki, qadın təkcə ərinə xəyanət edir, yox, o həm də özünə xəyanət edir. Çünki, namus təkcə kişinin şərəfi deyil, həm də ailənin və qadının şanıdır, şöhrətidir. Qadını xəyanətə sürüklüyən bir səbəb də mental xüsusiyyətimizdir”.

“Məsələn, qadın düşünür ki, “boşansam ikinci dəfə ailə qura bilməyəcəm”. Çünki, bizdə boşanmış qadına hələ də pis baxılır. Ona görə də qadın düşünür ki, “evliliyimi qoruya-qoruya yeni macəra yaşamaq daha yaxşıdır”. Ümumiyyətlə, xəyanətdə bütün hallarda mən qadınları günahkar hesab edirəm. İstənilən xəyanətin səbəbi var. Qadın da çalışmalıdır ki, o səbəbi kişiyə verməsin, sonra da özü xəyanətkar olmasın”, – psixoloq bildirib.