“Putin belə Qarabağ haqqında danışanda Azərbaycan adlarından istifadə edir.” – DEPUTATbackend

Sözsüz ki, Azərbaycan Parlamentinin Millət vəkili, Azərbaycan Respublikasının vətəndaşı olaraq Qarabağda separatist ermənilər tərəfindən,eləcə də sülhməramlı qüvvələri tərəfindən edilən qanunsuz hərəkətləri pisləyirəm.Əminəmki, Azərbaycanın müvafiq qurumları tezliklə qanunsuz və cinayət əməlinin qarşısını alacaq .Lazımi adekvat cavab veriləcəkdir. Xankəndi ətrafında olan ermənilər,istərsədə Rusiya sülhməramlı qüvvələrinin qanuna tabe olma məsələsi nizamlanacaqdır.

Bu sözləri Yeni Gundem”açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Millət vəkilinin sözlərinə görə Rusiya sülhməramlı qüvvələri ermənilərin total cinayətlərindən qidalanırlar.

“Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ərazi adlarını bilərəkdən və yaxud bilməyərəkdən təhrif edir .Daha doğrusu ermənilər dəyişdirdiyi kimi qeyd edirlər. Təbiiki ,buda yolverilməzdir.Rusiyanın sülhməramlı qüvvələri, ermənilərin toponimlərimizə qarşı total cinayətlərindən qidalanaraq öz rəsmi sənədlərində Qarabağdaki, ərazilərinin adlarını erməni adları ilə ifadə edirlər .Ancaq onlar bilməlidilərki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin belə Qarabağ haqqında danışanda Azərbaycan adlarından istifadə edir.”

Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün Parlamentdə bu məsələnin müzakirə edildiyini açıqladı:

“Parlamentdədə bu gün bu məsələ müzakirə edildi.Milli Məclisin regionlararası komitənin sədri Siyavuş Novruzov Rusiya Parlamentinə müvafiq komitəyə müraciət ünvanlanmalı olduğunu bildirdi.”