Putin çağırışı ilə hansı mesajı göndərdi? – AÇIQLAMAbackend

Rusiya Prezidenti Vladimir Putin çağırışı ilə bir daha bildirmək istəyir ki, əsas vasitəçi Rusiyadır. O həm beynəlxalq arenaya, həmdə, Azərbaycan və Ermənistana bir növ mesaj verir ki, hadisələr Kremlin nəzarəti altından keçir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu Putinin çağırış etməsini, onun mesaj verməsi kimi qeyd etdi.

“Burda Putin bir mənalı olaraq Ermənistana mesaj göndərir ki, sən Rusiyadan uzaqlaşa bilməzsən. Çünki həqiqətən Ermənistan Rusiyadan aslı bir dövlətdir. Bildiyimiz kimi son günlərdə Ermənistan ABŞ-a meyil göstərməklə Rusiyadan qopduğunu zənn edir. Vladimir Putin bu çağırışı ilə bir daha bildirir ki, Cənubi Qafqazda Rusiya əsasdır. İstər ABŞ, istərsədə digər hər hansı qərb ölkəsi Rusiyanı sıxışdıra bilməz“.

Fərahim RƏHİMOV

Yenigundem.az