Putin: “Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”backend

“Azərbaycan və Ermənistan rəhbərləri ilə sıx təmasdayam. Gün ərzində bir neçə dəfə onlarla telefonda danışıram”.

“Yeni Gündəm” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun iclasında çıxışı zamanı deyib.

“Bizim Xarici İşlər, Müdafiə nazirlərimiz, xüsusi xidmət orqanları rəhbərlərimiz daimi əlaqədədir”, – deyə prezident bildirib.

Putin qeyd edib ki, Rusiya hər iki tərəfin etimadından istifadə etməklə bu münaqişənin həllində, mövqelərin yaxınlaşdırılmasında vasitəçi kimi əhəmiyyətli rol oynaya biləcək bir mövqe tutur: “Bu kompromisin tapılmasını çox istərdim”.