Putin Əliyevlə Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi müzakirə edibbackend

ƏRusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı zamanı onu ad günü münasibətilə təbrik edib və bir sıra aktual məsələləri müzakirə edib. 

“Yeni Gundem” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin Telegram kanalında məlumat verilib.

Həmsöhbətlər Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlərin praktiki icrası ilə bağlı da suallar qaldırıblar
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında, xüsusən də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı üçtərəfli sazişlərin praktiki icrası ilə bağlı bəzi məsələlərə də toxunulub”, – Kremldən bildirilib.

Ayşən