Putin-Ərdoğan görüşündə Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcəkbackend

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 29-da Soçidə keçiriləcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Kreml məlumat yayıb.

Rusiya və Türkiyə liderləri Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

“Rusiya-Türkiyə tərəfdaşlığının siyasi və ticari-iqtisadi sahələrdə müxtəlif aspektlərinin müzakirəsi planlaşdırılır”, – Kremlin məlumatında vurğulanıb.