Putin əsəbləşdi: “Mənə burda nağıl danışırsız”backend

Əhalinin gəlirlərinin azaldığı, işsizliyin və ərzaq qiymətlərinin artdığı bir vəziyyətdə nazirlər hara baxır?

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putinin nazirlərlə keçirdiyi iclasda səsləndirib.

“Moskva. Kreml. Putin” verilişində yayımlanan kadrlarda Putinin bu sözləri əksini tapıb:

“Real gəlirlər nə qədər düşüb? 4.3 faiz. Şəkərin qiyməti isə 71% -dən çox artıb. İnsanlar özlərini sıxırlar, çünki əsas qida üçün pulları yoxdur. Hara baxırsız? Sual budur. Bu, zarafat deyil”.

Putin çıxışında iqtisadi inkişaf naziri Maksim Reşetnikova da iradlarını bildirib:

“Siz dediniz ki, monitorinq aparırsınız, amma şəkərin qiyməti bir neçə ay ərzində qalxıb. Biz başa düşürük ki, bu şərtlər altında əhalinin alıcılıq qabiliyyəti düşür, daim bu haqda danışırıq. İşsizlik artır, gəlirlər azalır, gündəlik tələbat malları bahalaşır, amma siz mənə burda nağıl danışırsız”.