Putin Əsədə: “İnsanlar sizə etibar edirlər…”backend

Rusiya Prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd arasında Kremldə görüş olub.

Rusiya dövlət başçısı Əsədin siyasi opponentlərlə dialoqun qurulması üçün çox işlər gördüyünü qeyd edib.

“İnsanlar sizə etibar edirlər və əvvəlki illərin bütün çətinlikləri və faciələrinə baxmayaraq, bərpa prosesi və normal həyata qayıdış prosesini sizinlə bağlayırlar. Bilirəm ki, siz bunun üçün, o cümlədən siyasi opponentlərinizlə dialoq qurmaq üçün çox şey edirsiniz. Çox ümid edirəm ki, bu proses davam edəcək”,  – Putin deyib.

Rusiya Prezidenti ümidvardır ki, birgə səylərlə Suriya xalqına “ayağa qalxmağa” kömək etmək mümkün olacaq: “Ümid edirəm ki, bugünkü gün birgə səylərlə Suriya xalqına sözün bütün mənalarında ayağa qalxmağa, iqtisadiyyatı, sosial və səhiyyə sahələrini bərpa etməyə kömək etmək mümkün olacaq”.

O, iki ölkənin bu gün bütün bəşəriyyətin üzləşdiyi əsas problemin həlli üzərində birgə çalışdığına diqqət çəkib. “Koronavirus infeksiyası ilə mübarizəni nəzərdə tuturam”, – deyə Putin izah edib.

Putin bildirib ki, Suriya hökuməti ölkə ərazisinin 90%-nə nəzarət edir: “Bizim birgə səylərimizlə Suriya Respublikasının əsas, böyük ərazisi azad edilib. Terrorçulara çox ciddi, əhəmiyyətli ziyan vurulub və Suriya hökuməti sizin başçılığınızla ərazinin 90 faizinə nəzarət edir”.