“Fələstinlilərin faciəsi və ümumilikdə Yaxın Şərqdəki qırğınların arxasında, dünyada, Əfqanıstanda, İraqda, Suriyada və digər regionlarda baş verən çoxsaylı münaqişələrin arxasında ABŞ-ın hakim elitaları və peykləri dayanır” deyə Rusiya prezidenti Vladimir Putin vurğulayıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Novo-Oqarevodakı iqamətgahında Təhlükəsizlik Şurası və hökumət üzvləri və təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüşdə çıxışı zamanı deyib.
Sionist işğal rejiminin Qəzzə zolağına hücumlarını dəyərləndirən Putin deyib: “Yüz minlərlə günahsız insanın qərəzsiz şəkildə öldürüldüyü, bombardmanlardan qaçıb gizlənəcək yerin olmadığı Qəzza zolağında baş verən dəhşətli hadisələrə heç nə haqq qazandıra bilməz. Uşaqların qan içində, qadınların, qocaların necə əzab çəkdiyini həmçinin həkimlərin necə öldürüldüyünü görəndə yumruqlarını sıxıb göz yaşı tökməmək mümkün deyil. Başqa cür demək mümkün deyil” deyib.
“Yaxın Şərqdə və dünyanın digər yerlərində insanların yaşadığı faciənin arxasında əslində kimin dayandığını, bu ölümcül xaosu kimlərin təşkil etdiyini və bundan kimlərin faydalandığını çox yaxşı başa düşməliyik. Qlobal qeyri-sabitliyin əsl faydalananları ABŞ-ın indiki hakim elitası və onların peykləridir.
Onlar bundan qanlı gəlirlər əldə edirlər.
Onların strategiyaları bəllidir. Dünyanın super gücü olan ABŞ zəifləyir və mövqeyini itirir. Kim baxırsa qlobal iqtisadiyyatdakı tendensiyalar bunu görür və anlayır. Amerika tipli dünya – tək hegemon çökür, yavaş-yavaş yox olur, getdikcə tarixə çevrilir. Amma ABŞ bununla barışmaq istəmir, əksinə onlar öz hökmranlıqlarını, qlobal diktaturalarını saxlamaq və genişləndirmək istəyirlər və bunu ümumi xaos şəraitində etmək daha rahatdır”.
“Hər kəs bunu indi anlayır. Hər yerdə hərbi bazalarını yerləşdirirlər, davamlı olaraq səbəbsiz yerə hərbi güc tətbiq edir, münaqişə bölgələrinə silah göndərirlər. Maliyyə vəsaitlərini Ukraynaya və Yaxın Şərqə yönəldirlər. Ukraynada və Yaxın Şərqdə nifrət yaradırlar. Onlar Müqəddəs Torpaqda davamlı sülhə nail ola bilməzlər. Onlara Yaxın Şərqdə daimi xaos lazımdır. Bu səbəbdən də dərhal atəşkəsdə israr edən və qan tökülməsini dayandıran ölkələri gözdən salmaq üçün əllərindən gələni edirlər. Qəzza zolağındadırlar və buna hazırdırlar və böhranın həllinə real töhfə vermək istəyirlər”- deyə həmçinin prezident vurğulayıb.
Mənbə: İLKHA
Aynur Camal