Putin hədələdibackend

“Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur, onların NATO-ya daxil olması bizim üçün birbaşa təhlükə yaratmır”.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

Putin əlavə edib ki, Rusiya yalnız həmin ərazilərə hərbi infrastrukturun genişləndirilməsi zamanı cavabı verəcək: “Cavabın necə olacağı isə Rusiyaya qarşı hansı təhlükələrin yaradılmasından asılı olacaq”.