Putin həqiqətən xərçəng xəstəsidir?backend

Tanınmış rusiyalı iş adamı və müxalifətçi Yevgeni Çiçvarkin Kreml rəhbəri Vladimir Putinin səhhətinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə ğörə, o, bu barədə “YouTube kanalın”da “Qordonun qonağı”na müsahibəsində bildirib.

Putinin ağır xəstə olması və səhhətinin sürətlə pisləşməsi ilə bağlı şayiələr çoxdan yayılıb. Lakin Böyük Britaniyada yaşayan rusiyalı milyonçu belə ümidlərə qarşı xəbərdarlıq edib.

“Baxın, bu insan siqaret çəkmir, içki içmir, hovuzda üzür və idmanla məşğul olur… Sağlamlıq ehtiyatı kifayət qədər yaxşıdır. Mən onun xərçəng olduğuna inanmıram. Çox güman ki, oxşarı bir yerdə ortaya çıxıb, amma eyni adamın Lujnikidə və Federal məclisiniclasda olduğuna şübhə yoxdur. Və bu, çox güman ki, Putindir”, – o bildirib.

Çiçvarikinin fikrincə , Putin sağlamlıq və təhlükəsizlik mövzusunda da “tamamilə paranoyakdır”. Bu, iş adamının sözlərinə görə, onun qısa müddət ərzində tez-tez onkoloqa baş çəkməsi, biomaterialların toplanması və qəribə ofşor tərəfindən maliyyələşdirilən biologiya və yaşlanma İnstitutunun mövcudluğunu göstərir.