Putin hərbi vəziyyət tətbiq edəcək?backend

Rusiya Prezidenti Vladimir Putin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkədə hərbi vəziyyət tətbiq etməyi planlaşdırmır.

“Yeni Gündəm” “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov bildirib ki, rəsmi Moskva Rusiyanın sərhədləri yaxınlığında NATO-nun konfiqurasiyasını dəyişdirən hərəkətlərlə bağlı hər şeyi müşahidə edir və vəziyyəti diqqətlə təhlil edir.

Rusiya və Ukrayna arasındakı danışıqlar prosesinin gedişatına da toxunan sözçü qeyd edib ki, danışıqlar çox ləng və səmərəsiz şəkildə davam edir.