Putin iclas keçirdi: Azərbaycan-Ermənistan sərhədindəki hadisələr…backend

Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V.Putinin sədrliyi ilə keçirilən toplantıda Rusiyanın sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Şuranın iclasında eyni zamanda, Azərbaycan və Ermənistan sərhədində baş verən son hadisələr, Əfqanıstandakı durum və beynəlxalq gündəmin digər aktual məsələləri müzakirə edilib.