Putin İlham Əliyevə niyə zəng edib?backend

Xəbər verdiyimiz kimi dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

“Yeni Gundem” xəbər verir ki, iki ölkə liderinin telefon danışığlarını şərh edən siyasi ekspert Elxan Şahinoğlu Putinin təşəbbüsü ələ almağa çalışdığını bildirib.

“Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz. Odur ki, Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır. Onun Azərbaycan Prezidenti İlham Əliyevə bugünkü zənginin əsasında məhz bu amil dayanır.”

O daha sonra Avropa İttifaqının vasitəçiliyinin heçə endiyinidə qeyd edib.

“Fransa prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq. Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərksilah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanunu adı ilə çağırardılar, daha “Mardakert”, “Martuni” ifadələrindən istifadə etməzdilər…”