Putin İsgəndər Əzizovu vəzifəsindən azad etdibackend

Rusiya Prezidenti Vladimir Putin Aleksey Evsikovun Rusiyanın Monqolustandakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb.

Sənəd bu gün rəsmi internet portalında dərc olunub.

“Aleksey Nikolayeviç Evsikov Rusiya Federasiyasının Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sərəncamda deyilir.

Evsikov bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində çalışıb.

Putin digər sərəncamla 2013-cü ildən bu vəzifədə çalışan əvvəlki səfir İsgəndər Əzizovu vəzifəsindən azad edib./Redaktor.az