Putin Lukaşenkonu təbrik etdibackend

Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib: “Uzun illərdir ki, siz qardaş Belarus xalqının rifahı naminə yorulmadan çalışır, ölkələrimiz arasında dostluq əlaqələrinin hərtərəfli inkişafı üçün ardıcıl xətt davam etdirirsiniz”.

“Yeni Gundem”xəbər verir ki, dövlət başçısının bu təbrik mətni Kremlin saytında yer alıb.

Rusiya lideri əmin olduğunu bildirib ki, Minsk və Moskva birgə səylər nəticəsində istənilən çətinliyin öhdəsindən gələ bilərlər. Rusiya prezidenti həmçinin iki ölkə arasında, o cümlədən İttifaq dövləti formatında əməkdaşlığın artdığını qeyd edib. Bundan əlavə, Putin Lukaşenkoya cansağlığı, xoşbəxtlik və siyasi fəaliyyətində uğurlar arzulayıb.

Aleksandr Lukaşenko Belarus Respublikasının ilk prezidentidir. 1954-cü il avqustun 30-da Vitebsk vilayətinin Orşa rayonunda anadan olub. Bu il Belarus liderinin 69 yaşı tamam oldu.

Mənbə: mail.ru

Aynur Camal