Putin Mirziyoyevə zəng etdibackend

Martın 6-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Yeni Gundem” rus mediasına istinadən xəbər verir ki,liderlər ikitərəfli münasibətlərin gündəliyinin aktual aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Ticarətin artımının dəstəklənməsi, iki ölkənin aparıcı şirkət və müəssisələrinin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələrində investisiya layihələrinin təşviqi, sənaye əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.

Regionlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi və mədəni-humanitar mübadilənin aktivləşdirilməsinə xüsusi diqqət yetirilib.

Rusiya və Özbəkistan dövlət başçıları regional tərəfdaşlıq məsələlərini də müzakirə ediblər.

Fərahim Rəhimov