Putin NATO ilə qarşılaşacaq? – Pentaqonbackend

“Rusiya Federasiyası çətin ki, NATO ilə döyüşmək istəsin, çünki 3 aya yaxındır ki, rus ordusu hələ də Ukraynada məqsədlərinə çatmağa çalışır”.

Bunu Konqresdə dinləmələr zamanı Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

“Putinin hesablamalarına baxanda mənim fikrim odur ki, Rusiya NATO alyansı ilə münaqişəyə girmək istəmir”, – Ostin bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da paradda çıxışı zamanı Ukraynadakı müharibənin NATO-nun “təcavüzünə qarşı xəbərdarlıq” olduğunu bildirib: “Keçən dekabrda biz təhlükəsizlik zəmanətləri ilə bağlı saziş bağlamağı təklif etmişdik. Hər şey əbəs idi… NATO ölkələri bizi eşitmək istəmirdilər, onların tamamilə fərqli planları var idi. Bizi ərazilərimizə, xüsusən də Krıma təcavüz etməklə hədələyirdilər. Təhlükə hər gün artdı, Rusiya təcavüzə xəbərdarlıq etdi”.

Publika.az