Putin PUA istədi – Ərdoğan gülümsədi və…backend

Cənab Putin yarı zarafat, yarı ciddi “Ukraynaya PUA verirsiniz, bizə də verin, biz də almaq istərdik” dedi.Ərdoğan  gülümsədi. Yəni, bu barədə danışa bilərik eyhamı vurdu…

”Yeni Gündəm” axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın “Rusiyanın Türkiyəyə ortaq PUA istehsalı təklifi olubmu?” sualına cavabında deyib.

“Öhdəlik müzakirə mövzusu deyil. Putin mövqeyimizi bilir. Ukraynanın müdafiə haqqının olmasını tanıyırıq. Amma bunu savaşa təşviq etmək üçün deyil, bir an öncə müharibənin sonlandırılması üçün edirik”, deyə o bildirib.