“Putin qalib gəlməməlidir” – Şoltsbackend

“Dünyada heç kim Rusiya prezidentinin diktə etdiyi şərtlərlə Ukraynada sülhü qəbul etməyəcək. Putin qalib gəlməməlidir və onun bunu bacarmayacağına əminlik var.”

“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bunu Almaniya federal kansleri Olaf Şolts deyib.

Onun sözlərinə görə, Putin ukraynalıların müdafiəsini qıra bilməyəcəyini başa düşdükdə, sülh üçün danışıqlar aparacaq.

Şolts bildirib ki, hazırda təkcə Ukraynanın taleyi deyil, bütün beynəlxalq nizam təhlükə altındadır.

 

Kansler vuğulayıb ki, NATO onu münaqişə tərəfinə çevirəcək heç bir iş görməyəcək